"70 yaşım tamam olduğuna görə teatrdan çıxmışam, evdə oturub xəstə övladıma baxıram. Məni nə filmlərə, nə də ki seriallara çəkirlər. Bilmirəm niyə? Amma bütün bunlara baxmayaraq tamaşaçılar məni çox sevir, məgər rejissorlarımızın mənim istedadımdan xəbərləri yoxdur ki? Başımı rol ilə qatmaq istəyirəm, necə bir rol olur-olsun. Böyükdür, kiçikdir demədən çəkilərəm. Çünki buna ehtiyacım var. İndi cavanları, aktrisa olmayanları filmə çəkirlər, neynirlər məni? Bülbül çəməndən ayrı necə yaşayırsa, hal-hazırda da mən elə yaşayıram. Dolanışığım heç də yaxşı deyil, bilmirəm öz dərdimi çəkim, ya övladımın dərdini. Dərmanlar da çox bahadır. Bəzən xəstələnirəm, dərman almağa gücüm çatmır. Hər tərəfdən unudulmuşam. Çox sağ olun ki, məni yada saldınız", - aktrisa bildirib.
Əli Rəhimoğlu
Milli.Az