Pakistanın Lahor şəhərində Xristianların yaşadığı ərazidə iki bombanın partlaması nəticəsində azı 10 nəfər həlak olub, rəsmilər deyir.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Youhanabad ərazisindəki kilsələrin yaxınlığında baş vermiş partlayışlara görə azı 50 adamın xəsarət aldığı bildirilir.
Partlayışlardan az sonra zorakı nümayişlər başlayıb. İştirakçılar təhlükəsizlik tədbirlərinin görülməməsinə etiraz edib.
 
Pakistan Talibanlarının filialı olan və özünü Jamatul Ahrar adlandıran qrup hücumları həyata keçirdiyini bildirib.
Şahidlər partlayışın intiharçı tərəfindən həyata keçirildiyini bildirsə də, polis bunu təsdiq etməyib.
 
Yerli mediada ölənlərin sayının 14-ə çatdığını deyilir.

Milli.Az