Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi növbəti dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni hərbçilər noyabrın 12-də saat 13.25-dən 13.45-dək Ermənistanın Berd rayonunun Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 13.55-dən 14.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, noyabrın 13-də saat 02.30-dan 02.55-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.15-dən 03.40-dək Tərtər rayon rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.