Bakının Nəsimi rayonunda oğurluqda təqsirləndirilən şəxs həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a daxil olan məlumata görə, ötən gün 1961-ci il təvəllüdlü Əli Firudin oğlu Bayramov 1977-ci il təvəllüdlü Rəşad Etibar oğlu Allahverdiyevin mənzilindən geyim əşyalarını oğurlayıb qaçarkən Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı polis bölməsində araşdırma aparılır.

Şəhriyar ƏLİZADƏ