MHM Azərbaycanın dövlət qurumlarının rəhbərliyinin qəbulu üzrə vətəndaşların qeydiyyatı üçün elektron platforma hazırlayıb.
Mərkəzdən bildiriblər ki, hazırda platformanın tətbiqi sahəsinin müəyyənləşdirilməsi üzrə işlər aparılır: "Yeni elektron xidmət ilkin mərhələdə vətəndaşlara yerli icra hakimiyyəti strukturlarının rəhbərliyinin qəbuluna yazılmağa imkan verəcək, gələcəkdə isə digər dövlət qurumlarını da əhatə edəcək".
MHM-dən elektron xidmətlər portalında istifadəçilər üçün əlçatan olacaq yeniliklər arasında rəsmi yazışmanın tətbiqi, ərizə və şikayətlərin göndərilməsi, "şəxsi kabinet"in açılmasını qeyd ediblər.
Milli.Az
Milli.Az