Hərbi qulluq və narkomaniya
Onun fikrincə narkotik aludəçilərinin orduda xidmət etməsinə qadağa qoyulmalıdır: "Statistikaya nəzər salsaq görərik ki, narkoman kişilərin sayı qadınlardan dəfələrlə çoxdur və bunlar əsasən cavanlardır. Yəni gələcəyin ataları, valideynləri və ya əsgərləridir. Belə ki, bu gənclər orduda xidmət etməli və vətənə borclarını verməlidirlər. Digər tərəfdən belə gənclərin valideynləri və yaxınları elə fikirləşir ki, orduda narkoman övladları düz yol seçəcək, narkotiklərdən imtina edəcəklər. Demək, ordu və narkotika mövzusuna ayrıca nəzər salmağa dəyər. Bununla bağlı müxtəlif təkliflər var, əsas nəticə isə bu şəxslərin orduda xidmət etməsinə qadağa qoymaqdır".
Arzu Nağıyev fikrini belə əsaslandırır: "Məlumdur ki, ordu nə qədər müasirləşsə də, bizim ata - babalarımızın gördüyü ordudan kökündən fərqlənir. Çünki cəmiyyət dəyişib. Ordu isə bu cəmiyyətin ayrılmaz bir hissəsidir. Orada xidmət edən şəxslər ətrafımızdakı səxslərin bir hissəsini təmsil edirlər. Buna görə də cinayətkarlıq və narkomaniya orduya da yol tapır. Məhz buna görə də hər hansı bir gəncin orduda narkotikdən təcrid ediləcəyi tamamilə yanlış fikirdir. Təcrübə göstərir ki, bir çox hərbi hissələrdə az da olsa, aktiv narkomanlar var və onlar bir-birini tezliklə və asanlıqla tapırlar. Ordu qapalı bir yerdir və onların yaş həddi, cinsi və maraqları təqribən eyni olur. Buna görə də narkotik vasitələri orduda yaymaq daha asanlaşır.
Gənc hərbçilər niyə narkotikə daha meyilli olurlar:
- məişət şəraiti kəskin surətdə dəyişir,
- sosial status da tam fərqli olur,
- fiziki və emosional gərginlik artır-
bunlar isə narkoman üçün narkotikin qəbuluna zəmin yaradan faktorlardır. Məlumdur ki,orduda əsgər və zabitlərə qulluq etmək o qədər də asan deyil, narkoman isə ümumiyyətlə əzab çəkir- üstünə qışqırırlar, ağır və çirkli iş yerinə yetirməyə məcburdur, arabir təhqir edilir və s. Narkoman isə belə şeylərə öyrəşməyib, orduda isə kiçiklərin böyüklərə cavab qaytarması qəbul edilmir. Buna görə də narkomanlar özlərini həmişə daha alçalmış sayırlar , bu isə narkotik qəbul etmək üçün əlavə bir bəhanə olur".
Sabiq təhlükəsizlik zabiti orduda narkotik maddə necə əldə edildiyindən də danışdı: "Elə fikirləşmək lazım deyil ki, hərbi hissə qorunduğu üçün oraya narkotik vasitə aparmaq olmur. Unutmaq lazım deyil ki, tək əsgərlər narkoman olmur, zabit, gizir və s. də bu bəlaya mübtəla ola bilər. Demək, hər vaxt ora narkotik gətirmək mümkündür. Narkotiklər şəhərdə yerləşən hərbi hissələrə, bölgələrdən, xüsusi hərbi hisələrdən, hərbi əməliyyat aparılan yerlərdən daha asan keçirilir. Belə hərbi hissələrdə isə narkomanlar əsasən qulluq etmirlər. Narkomanlar cüssə və fiziki sağlamlıqda zəif olduqları üçün əsasən köməkçi hissələrdə qulluq edirlər".
Belə hissələrə düşən normal gənclərin isə oradan narkoman kimi qayıtma ehtimalı daha yüksək olduğunu deyən Arzu bəy həyacan təbili çaldı: "Maraqlıdır ki, orduda müalicə olunmuş bir nəfər də narkomana rast gəlmək mümkün deyil. Hətta orduda narkomanlar müxtəlif cinayətlər törədir, fərarilik, oğurluq edir, silah - sursat alveri ilə də məşğul olurlar. Narkoman hərbçilər arasında özünəqəsd hadisələri daha çox baş verir. Narkomanlar əsasən ordudan psixi xəstəlik diaqnozu və ya cinayət işi qaldırıldığı üçün təxris olunurlar. Narkomanın əsgəri qulluğundan nə dövlət, nə ailəsi, nə də onun özü xeyir görmür.
Narkomanları əsgəri xidmətə aparmaq yox, narkoloji və ya psixoloji qeydiyyata almaq lazımdır. Belə olanda o, orduya xidmətə getməyəcəkdir, müalicəsini davam etdirəcəkdir. Ola bilsin ki, orduda olmadığı üçün onu müəyyən yerlərdə işə götürməyəcəklər. Valideynlər bundan qorxmasınlar, övladlarının gələcək taleyi hər şeydən üstün olmalıdır".
Qeyd edək ki, Arzu Nağıyevin bu fikirləri müəllifi olduğu "Qara kabus" kitabında yer alıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47