Siyəzəndə iki "KAMAZ" toqquşdu.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonunda iki "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə yük avtomobilinin birinin sürücüsü 1991-ci il təvəllüdlü Zulfüqarov Etibar Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə hadisə yerində vəfat edib.
 
Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Milli.Az