[ 15 Mart 2015 09:31 ]
Bakı - APA. Siyəzən rayonunda "KamAZ" markalı iki yük avtomobili toqquşub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobillərdən birinin sürücüsü, 1991-ci il təvəllüdlü Zülfüqarov Etibar Tofiq oğlu hadisə yerində ölüb.
Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.