Kia şirkəti Cenevrə avtosalonunda konseptual SPORTSPACE Concept universalın təqdimatını keçirib. 4855 millimetrlik ön ötürməli universalın yeni nəsil Kia Optima modelinin ilkin variantı olacağı ehtimal edilir.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin yük bölməsində quraşdırılmış xüsusi çarxlar baqajı avtomobilə yükləməyi xeyli asanlaşdıracaq. Bundan başqa, məlum olub ki, Kia Sportspace 2,0 litrlik yığcam və yüngül turbo mühərriklə təchiz edilib. Aqreqat 250 a.g. hasil edir. Modelin qabarit ölçüləri belədir: uzunluğu 4 metr 885 mm, eni 1 metr 870 mm, hündürlüyü 1 metr 480 mm və təkər bazası 2 metr 840 mm.
Kia SPORTSPACE Concept dizaynı Kia şirkətinin Frankfurtda yerləşən Avropa dizayn studiyasında işlənərək hazırlanıb.
Milli.Az










