Fövqəladə Hallar Nazirliyi “Binə” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın söndürülüb.

Məlumatda bildirilir ki, ticarət mərkəzindəki vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan mağazanın yanar konstruksiyaları yanıb.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 13:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS