Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağma ehtımalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında martın 15-də havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə havanın yağıntılı keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti proqnozlaşdırılır.
Milli.Az