İraqda onu "Ölüm Mələyi" və ya "Əbu Əzrayıl", yəni "Əzrayılın oğlu" adlandırırlar.

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı aparılan döyüşlərdə "Əbu Əzrayıl" çox fərqlənir.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, iraqlı şiələrdən ibarət "İmam Əli" briqadasında tabur komandiri olan bu şəxs əvvəllər universitet müəllimi olub.
 
Əsl adı və soyadı açıqlanmayan "Əbu Əzrayıl"ın pərəstişkarları sosial şəbəkələrdə onun adına səhifələr və profillər yaradaraq canlı əfsanəyə çevrilmiş komandirin videoları ilə fotolarını paylaşırlar.
 
Əlində balta və ya qılınc tutaraq İŞİD-ə qarşı döyüşlərdə kamera qarşısında duran "Əbu Əzrayıl" həddən ziyadə cəsarəti ilə də seçilir.
Onun taekvondo üzrə İraq çempionu olduğu da deyilir.
 
40 yaşlı "Əbu Əzrayıl" rasiya vasitəsilə İŞİD mənsublarını söyməyi, onları aşağılamağı və təhqir etməyi də çox sevir.
 
Milli.Az