Mayli Sayrusun sevgilisi ilə bir neçə aya evlənəcəyi deyilir
Qalmaqallı müğənni Mayli Sayrus sevgilisi ilə münasibətlərinə "aydınlıq gətirəcək".

Anspress-in məlumatına görə, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarsneggerin oğlu Patriklə sevgili olan məşhur müğənni Mayli Sayrus evliliyə hazırlaşır.

Cütlüyün bir neçə ay sonra münasibətlərini rəsmiləşdirmək fikrində olduqları deyilir.

Dostlarının sözlərinə görə, bir-birinə dəlicə aşiq olan cütlük qısa zamanda evlənməyə can atır.

Onu da qeyd edək ki, “Terminator” rolu ilə hamı tərəfindən tanınan aktyor Arnold Şvarsnegger oğlunun müğənni ilə münasibətini yaxşı qarşılamadığı üçün onu varislikdən çıxarıb.

Milli.Az