Lənkəran, 14 mart, Bağır Əliyev, AZƏRTAC
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin (TTSDNX) Lənkəran ərazi idarəsi tərəfindən Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Səmədova Aliyə Mirzə qızına məxsus gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb.
TTSDNX-nin Lənkəran ərazi idarəsinin aparıcı məsləhətçisi Xalid Ələkbərli AZƏRTAC-a bildirib ki, araşdırma zamanı sexdə istehsal olunan məhsullarının heç bir normativ sənədinin olmadığı aşkarlanıb.
Yoxlamanın nəticələri ilə bağlı akt tərtib edilib, qeyri-qanuni fəaliyyət göstərən sexin fəaliyyəti dayandırılıb.