Bakıda keçirilən müsabiqə isə ilk olmaqla yanaşı, İtaliyada mövcud olan kofe mədəniyyətini Azərbaycana gətirməyə hesablanıb.

ANS TV-nin məlumatına görə, İtaliyada keyfiyyətli kofe istehsalı ilə tanınan “ILLY” şirkətinin Bakıdakı rəsmi distribütoru “Art-Nishan” MMC maraqlı və əyləncəli bir ilkə imza atdı. Ən yaxşı klassik və müəllif kokteyli hazırlaya bilən 11 iştirakçı bir araya gələrək öz bacarıqlarını sərgilədilər.

Şirkət tərəfindən keçirilən yarışma ərzində 11 iştirakçı hazırladığı kokteyli jüri heyətinə təqdim etdi. Rusiya, Ukrayna və Azərbaycandan olan jüri heyəti isə onların bu əməyini həm texniki, həm də dad baxımıdan qiymətləndirdilər.

Bakıda keçirilən yarışmanın məqsədi isə İtaliyadakı kofe mədəniyyətini Azərbaycana gətirməkdir.

Müsabiqənin sonunda hər bir iştirakçı sponsorlar və “ILLY” şirkəti tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırıldılar. Qalib gələn şəxsə isə İtaliyada iki günlük kofe hazırlama təlimlərinə bilet əldə etdi.

Mənbə
ANS TV: Vəfa Təyyarqızı