ANS TV-nin efirində yayımlanan "MARŞ" verilişi bu dəfə Əbu-Dabidə keçirilən İDEX beynəlxalq müdafiə sərgisindən reportaj hazırlayıb.

Reportajda bu dəfə iştirakçı ölkələrin yeni silah və döyüş texnikası haqda məlumat veriləcək. Həmçinin verilişi izləyəndə biləcəksiniz ki, silahıyla tanınan Rusiya dünya silah bazarı nəhəngləri ilə nədə ayaqlaşa bilmir?

Cəbhə xəttində erməni silahlı birləşmələrinin kəşfiyyat-diversiya əməliyyatının qarşısı alındı. Silah-sursatını atıb qaçan düşmən bu dəfə daha ciddi itki verdi.

Dünyada ən çox silah satan və alan ölkələr hansılardır? Rusiya öz silahlarının oxşarlarını yaradanları nə ilə hədələdi? Bu sualların cavabı və NATO ilə Rusiyanın münasibətlərinin getdikcə gərginləşdiyini göstərən son hərbi yeniliklər "HƏRBİR XƏBƏRDƏ”...

Martın 14-də saat 15.20-də ANS-də yayımlanacaq “MARŞ” verilişini izləməyi unutmayın!

Mənbə
ANS PRESS