Axşam.az-ın məlumatına görə, “InTouch Weekly”jurnalına müsahibə verən Coli həmin qaydaları sadalayıb:
1. Uşaqlarımız bizim üçün hər şeydən önəmlidir. Hərdən otelə gedib Bredlə baş-başa gün keçiririk.
2. İnternetdən mesajlaşmaq yerinə, bir-birimizə məktub yazırıq. Həmin kağızları ya ciblərimizə, ya da yastığımızın kənarına qoyuruq.
3. Dostlarımıza da vaxt ayırırıq. Hər birimizin ayrıca dost qrupumuz var.
4. 5 gündən bir 2 gün ayrı qalırıq. Buna“5-ə 1 qaydası” deyirik. Belə olanda bezmirik və bir-birimizdən ötrü darıxırıq.
5. Tətillərə çıxırıq, macəraları xoşlayırıq.