Azərbaycan, Bakı, 13 mart /Trend/

“Neft Daşları” yatağındakı 418A nömrəli platformadan 2611 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1030 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az