[ 13 Mart 2015 15:54 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda daha üç yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya  verilən məlumata görə, asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

 

Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.