Qazax rayonunda ev partlayıb. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Aslanbəyli kəndində yaşayan Abdulla Qasımovun evində təbii qazın sızmasından partlayış baş verib. Partlayış zamanı evin xeyli hissəsi dağılıb, pəncərə çərçivələri yerindən çıxıb. A.Qasımov xəstəxanaya yerləşdirilib.

Milli.Az