Bakı Metropoliteninin işçisi İlyas İlyasov adlı şəxs metro ətrafında bir xanıma aid pulqabı tapır. Ətrafda olan insanlardan ona yaxınlaşıb pulqabının sahibi olduğunu iddia edənlər olsa da, o, sığorta kartının üstündəki ad, soyaddan xanımın kimliyini tapır və pulqabını əsl sahibinə təslim edir.
Bu hadisədən təsirlənən, sevinən xanım Milli.Az vasitəsilə ona təşəkkürünü bildirmək istədi.
Biz də belə metro işçilərinə, ümumiyyətlə, peşəsindən asılı olmayaraq ləyaqətli insanlara təşəkkür edirik!
Əfqanə Əliyeva
Milli.Az