İtaliyada şəhərin ortasında ağaclar arasında yaşayış binası görənləri valeh edir.

ANS PRESS-in məlumatına görə, İtaliyanın Torino şəhərində yerləşən bu binanın fasadına yerləşdirilən iri qablardakı ağacların və dibçəklərin yarpaqları pəncərələrindən və eyvanlarından keçərək evlərin içinə kimi uzanır.

5 mərtəbəli təbii binada 150 ədəd ağac var.

Bina italiyalı memar Lusiano Pianın dizaynı ilə hazırlanıb. Səs-küyülü şəhərin mərkəzindəki bina polad konstruksiya və təbii materiallardan hazırlanıb. Yaşayış binası öz sakinlərini şəhərin çirkli havası və səs-küyündən qoruyur.

2012-ci ildə tamamlanan bina yay aylarında kölgə və sərinlik üçün də ideal yerə çevrilir.





















Mənbə
ANS PRESS