APA-nın “Novosti-Kazaxstan” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bir sıra cinayətlərdə təqsirli bilinən Azərbaycan vətəndaşı Akmola vilayətində saxlanılıb. Yerli polisin verdiyi məlumata görə, ərazidə “Axtarış” adlı dövlətlərarası genişmiqyaslı əməliyyat keçirilib.Beynəlxalq axtarışda olan azərbaycanlı martın 12-də Qazaxıstanda tutulub
Nəticədə qanunsuz silah-sursat əldə etmə, oğurluq, odlu silah saxlama və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən 46 yaşlı azərbaycanlı saxlanılıb.
O müvəqqəti saxlanma təcridxanasına göndərilib.
Saxlanılan şəxsin adı açıqlanmır.
Milli.Az