Milli.Az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov bəzi Qərb siyasi dairələrinin Avropa Oyunları ərəfəsində Azərbaycana təzyiq göstərmək iddialarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu idman tədbirinin keçirilməsində ciddi əngəllər mövcud deyil: “Hər hansısa bir idman tədbirinin siyasiləşdirilməsinin əleyhinəyəm. İdmanı siyasətdən tamamilə ayırmaq lazımdır. Son nəticədə bu açıqlamaların Avropa Oyunlarının keçirilməsinə heç bir mənfi təsiri olmayacaq. Tam əminəm ki, bu idman tədbiri çox uğurla baş tutacaqdır”.“I Avropa Olimpiya Oyunlarının keçirilməsində heç bir qəbahət görmürəm. Bu məsələ ətrafında müəyyən siyasi oyunların getməsi də heç də düzgün deyil”.
Onun sözlərinə görə, bu idman tədbirinin keçirilməsində ciddi əngəllər mövcud deyil: “Hər hansısa bir idman tədbirinin siyasiləşdirilməsinin əleyhinəyəm. İdmanı siyasətdən tamamilə ayırmaq lazımdır. Son nəticədə bu açıqlamaların Avropa Oyunlarının keçirilməsinə heç bir mənfi təsiri olmayacaq. Tam əminəm ki, bu idman tədbiri çox uğurla baş tutacaqdır”.
Milli.Az