[ 13 Mart 2015 11:28 ]
Səfirliyimiz yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Tatarıstan Respublikasının fövqəladə hallar xidməti vasitəsi ilə araşdırır
Bakı – APA. Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Rusiyadakı səfirliyi Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Tatarıstan Respublikasının fövqəladə hallar xidməti vasitəsi ilə araşdırır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katıbı Andrey Rodıginin Azərbaycanın Rusiyadakı səfirliyinə bildirib ki, yanğın zamanı bir nəfər Azərbaycan vətəndaşının həyatını itirdiyi müəyyən olunub.