Xalq artisti Faiq Ağayev son zamanlar sosial şəbəkələrdə heyvanlarla qəddar davranışla bağlı yayılan məlumatlara münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, sənətçi bu cür addım atan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib:

“Bir neçə vaxtdır ki, sosial şəbəkələrdə itlərin yandılması ilə bağlı məlumatlar yayılıb. Bundan öncə də adamı vahiməyə gətirən bu tərz xəbərlər cəmiyyətimizin kəskin reaksiyasına səbəb olub. Heyvanlara qarşı həssas insanam. Bu cür xəbərlər məni üzür. Bu - insaniyyətdən uzaq, zalım və insafsız hərəkətlərə son qoyulmalıdır".

Müğənni təklif edib ki, bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılsın, mövcud qanunvericiliyə dəyişikliklər edilsin və heyvanlarla amansız rəftara görə cinayət məsuliyyəti tətbiq olunsun.


Mənbə
ANS PRESS