Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.İdarəetmədən çıxan maşın daş hasara çırpıldı
Anspress-in məlumatına görə, hadisə sürücünün avtomobilə nəzarəti itirməsi nəticəsində baş verib. Müşviq küçəsi ilə Parlament prospektinə doğru istiqamət götürən “Mercedes” markalı minik maşınının sürücüsünün meylli döngədə ani çaşqınlıq yaşaması sonda nəqliyyat vasitəsinin qəzaya uğraması ilə nəticələnib.
Belə ki, sürücü əvvəlcə maşınını səkilərə, oradan isə daş hasara çırpıb. Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi insan itkinin olmamasıdır.
Qəzanın təffərrüatları Yasamal Rayon Dövlət Yol Polisi şöbəsində araşdırılacaq. Hadisəyə səbəb kim əksər hallarda olduğu kimi yüksək sürət göstərilir.
Milli.Az