Amerika Birləşmiş Ştatlarının İndiana ştatında Fort Ueyn Universitetinin avtobusu qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, avtobusun yoldan çıxaraq aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır hesab olunur.

Məlumata görə, qəza zamanı avtobusda universitetin boulinq komandası üzvləri və məşqçi də olub.

Polis faktla bağlı istintaq araşdırması başladıb. Qəzaya nəyin səbəb olduğu barədə açıqlama verilməyib.
Mənbə
ANS PRESS