Milli.Az "Sofra" dərgisinə istinadən "Köstəbək" pirojnalarının hazırlanma qaydasını təqdim edir 

Tərkibi: 


3 yumurta
3 fincan şəkər tozu
1 fincan bitki yağı
1 fincan süd
3,5 fincan un
2-3 x.q. kakao
1 paket qabartma tozu
1 paket vanil
 
krem: 

1 l süd
7 x.q. nişasta
1 st. şəkər tozu
1 paket krem-şanti

Yumurtaları vanil və şəkər tozuyla çalın. Yağ və süd əlavə edin. Unu kakao, qabartma tozu ilə qarışdırıb əlavə edin, qarışdırın. Yağlanmış siniyə töküb 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Keksi soyudun.

Südə nişasta və şəkər tozu əlavə edib qarışdırın, qaynadın, qatılaşanadək bişirin. Soyutduqdan sonra krem-şanti ilə mikserlə çalın.

Stəkanla keksdən dairələr kəsin. Keksin artıqlarını sürtgəcdən keçirib xırdalayın.  

Keksdən kəsdiyiniz dairələrin üzərinə 1 x.q. krem qoyun, biskvit ovuntuqlarını üzərinə səpin, yuvarlaq şəkil verin.

Nuş olsun!

Milli.Az