Milli.Az BBC-yə istinadən bildirir ki, yanğın binanın birinci mərtəbəsində yerləşən kafedə çərşənbə günü başlayıb.
Xəbərlərə əsasən, binadan 600 adam çıxarılıb. Xəstəxanaya aparılan 16 adama tibbi yardım göstərilib, xilasedicilər bildirirlər.
Yanğın nəticəsində ticarət mərkəzinin bir hissəsi çöküb.
Hadisə vaxti binada olan adamların axtarışı davam etdirilir.
"25 adamla əlaqə saxlaya bilmirik. Qaynar xətlərə onlarla bağlı çoxsaylı zənglər daxil olub”, - fövqəladə hallar üzrə yerli əlaqə xidmətinin rəhbəri İqor Panşin deyib.
Milli.Az