Azərbaycan və İspaniya musiqiçiləri Bakıda eyni səhnəni bölüşüblər
Bakı, 12 mart, AZƏRTAC
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” Dördüncü Beynəlxalq Muğam Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, martın 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İspaniya musiqiçiləri festival çərçivəsində geniş konsert proqramı ilə çıxış ediblər.
İlk olaraq səhnəyə Azərbaycan ifaçıları çıxıblar. Əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Babək Niftəliyev və İlkin Əhmədovun ifasında “Rast” muğamı səslənib. Xanəndələri Ayaz İmranov (tar), Elvin Novruzov (kamança), Humay Rəhimova (qanun), Soltan Əliyev (nağara) və Novruz Hüseynov (bəm-tar) müşayiət edib.
Bənzərsiz səslərin fonunda yenidən qəlblərə hakim kəsilən və Azərbaycan musiqisində 7 əsas məqamdan birincisi hesab olunan “Rast” bir daha muğamların anası hesab olunduğunu sübut etməyi bacarıb.
Qeyd etməliyik ki, muğamlar tarixi inkişaf prosesində quruluş və forma baxımından dəyişikliklərə uğrasa da, “Rast” muğamı, yalnız öz adını və səs qayəsini deyil, hətta öz mayə ucalığını da, zəmanəmizə qədər qoruyub saxlamışdır.
Konsertin ikinci hissəsində səhnəyə çıxan İspaniyanın “Flamenko” qrupunun da çıxışı maraq doğurub. Qrupda yer alan müğənni Xuan Piniya Martin və rəqqasə Kika Quesadanın çıxışı gecəyə xüsusi rəng qatıb. Hər iki ifaçı dünyada tanınan sənətçilərdəndir və nüfuzlu mükafatlara layiq görülüblər.
Konsert tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25