Dövlət Komitəsində BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə görüş olub.

ANS PRESS-in Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş martın 12-də olub. Tədbir Türkiyə Baş nazirinin böyük müşaviri, professor Hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Türkiyənin türk-müsəlman dövləti olaraq Sivilizasiyalar Alyansının yaradılmasında və fəaliyyətində böyük rolu var. Qloballaşan dünyada isə sivilizasiyaların anlaşması və dialoqu olduqca mühüm məsələdir.

Səmimi qəbula görə təşəkkür edən Hacı Bəkir Karlığa BMT Sivilizasiyalar Alyansının 1016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumu ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, iki qardaş ölkə olaraq bilik və təcrübə mübadiləsi ümumi işimizə böyük fayda verəcək. Azərbaycan bütün dünyada tolerantlıq və multikulturalizmi dövlət səviyyəsində yürüdən bir ölkə olaraq belə bir Foruma ev sahibliyi etməsi çox vacibdir. Bu cür Forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir.

Daha sonra Qlobal Forumuna hazırlıq çərçivəsində görüləcək işlər, 127 ölkənin iştirak edəcəyi Forumda Azərbaycanın təqdimatı, Dövlət Komitəsinin bu sahədə görə biləcəyi işlər ərtafında fikir mübadiləsi aparılıb.
Mənbə
ANS PRESS