Müğənni Nurlan Əzizbəyli gənc ifaçılardan şikayətlənib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Yeri gəlmişkən” verilişində gənclərin bir-birini təkrarladığını bildirb:
“İndi sənəti olmayanlar efirləri zəbt edib. Hansı kanalı açırsan eyni simalar, səsi olmayanlar. Belə olmaz axı. Bizim istedadlı sənətkarlarımız var, hamısı qalıb kənarda. İndiki ifaçılar bir-birinə bənzəyir, eyni tərzdə oxuyur. Üzlərinə baxmasan, təqdimatı eşitməsən, elə bilərsən ifa edən bir adamdır. İstedadlılara da imkan yaradılmalıdır. Onsuz istedadsız harda olsa özünə yer tapacaq".