Bakı şəhəri İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verib.

Bakı şəhəri İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, Şuranın mitinqi İH ilə razılaşdırılıb. Mitinq martın 15-də İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən “Məhsul” stadionunda, saat 15:00-dan 17:00-dək keçiriləcək.

Milli Şuradan bildirilib ki, mitinq zamanı manatın ucuzlaşması və məhsulların bahalaşması kimi məsələlərə diqqət yetiriləcək.

Mitinqin əsas şüarı “Qiymət artımlarına son!” olacaq.

Mənbə
ANS PRESS