Martın 12-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iclasda təşkilati məsələlər müzakirə edilib.

YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsinin icrası növbəti konfransa qədər təşkilatın İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyevə həvalə edilib.

Milli.Az