Meksikanın tətil şəhəri Kabo San Lukasda balina qayığın üzərinə hücum çəkib.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində kanadalı bir turist ağır yaralanıb. Bütün müdaxilələrə baxmayaraq 45 yaşındakı qadını xilas etmək mümkün olmayıb.

Boz balinanın hücumu zamanı iki nəfər də yaralanıb. Hadisə turistləri daşıyan qayığın turdan limana dönüşü zamanı baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, balina gəmiyə yan tərəfdən çırpılıb və nəticədə üç nəfər yaralanıb.

Səlahiyyətlilərin verdiyi məlumata görə, yaralanan iki nəfərin vəziyyəti yaxşıdır və həyati təhlükələri yoxdur.



Mənbə
ANS PRESS