"Heç bir qara piara baxmayaraq, Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə keçiriləcək. Biz belə yarışlara ev sahibi olmaq gücündəyik".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı kampaniyanın arxasında anti-Azərbaycan qüvvələr və erməni lobbisi dayanır.

Millət vəkili hesab edir ki, erməni lobbisindən başqasını gözləmək olmazdı. Qonşularımız öz üslublarına sadiqdirlər. Azərbaycanı ləkələməyə çalışırlar. Erməni lobbisi və onların havadarları bu işlə aktiv şəkildə məşğuldurlar. Komplekslərdən azad olmaq üçün onlara Azərbaycandakı istənilən hadisəni qaralamaq, gözdən salmaq lazımdır. Əgər hadisə beynəlxalq xarakter daşıyırsa, daha çox səy göstərirlər. Deputat hesab edir ki, bu onlara məxsus bir şoudur.

"Azərbaycan bu regionda bütün istiqamətlər üzrə - idman, iqtisadiyyat, elm sahəsində flaqmandır. Ermənilər bu obyektiv faktı qəbul etməlidirlər. Biz regionda aparıcı ölkəyik. Düşünürəm ki, Ermənistanın da Avropa oyunlarında iştirak etmək qərarı çox şey barədə deyir. Axı bütün xalq eyni xəstəlikdən əziyyət çəkə bilməz. Bu anti-Azərbaycan, anti-Türkiyə xəstəliyindən Ermənistan rəhbərliyi, bir qrup siyasətçi, həmçinin erməni diasporu və lobbisi əziyyət çəkir", - o əlavə edib.

Quliyev hesab edir ki, Ermənistanda elə adamlar da var ki, Azərbaycanla münasibətləri düzəltməkdən başqa çıxış yolu olmadığını anlayırlar. Bu səbəbdən də fikirlər haçalanır. Belə adamların sayı get-gedə artacaq.

"Yəqin ki, zamanla ermənilər anlayacaqlar ki, başqa yol yoxdur. İşğal altındakı torpaqlardan dinc şəkildə çəkilməlidirlər.

Milli.Az