Aparıcı-bəstəkar, son dövrlərdə də müğənnilik edən Murad Arifin arxiv fotoları üzə çıxıb. Lent.az-ın məlumatına görə, ifaçı atası, bacısı ilə məktəb illərində lentə aldırdığı fotoları sosial şəbəkədəki səhifəsində paylaşaraq, bu sözləri yazıb: “Sumqayıtın hörmətli ziyalılarından olan Arif müəllim və mən. Aramızda 45 yaş fərqi var deyə, məktəbdə hər kəs elə bilirdi ki, babamdır. Amma sonradan öyrəndim ki, yaşlı valideynlərin övladları çox müdrik olur. Yəqin elədir".
M.Arif bacısı, aparıcı Könül Arıfqızı ilə birgə paylaşdığı şəklə isə bu şərhi yazıb: “Bacım Könül və mən. 1997-ci il, Sumqayıtdakı evimizdə”.
Məktəb illərindən də şəkil paylaşan Murad, təəssüratlarını bölüşüb: “Uşaqlıqdan çox eqoistəm. Özümdən başqa kadrda olan hər kəsin üzünü yazırdım. İndi de belə edirəm! Yaşasın mən".


