[ 12 Mart 2015 12:09 ]



Bakı. Fərid Mirzəyev – APA. Sabah Suraxanıdakı “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda Gənclər və İdman Nazirliyi tərəfindən “Mədəni irs” Gənclər Festivalı keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 12.00-da keçiriləcək festivalda 100 nəfərə yaxın tələbə və gənc iştirak edəcək.

 

Festivalın keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.

 

Festivalda yerli və xarici qonaqlar iştirak edəcəklər.