Fins.az saytının rəhbəri, telejurnalist Əli Əhmədov yenidən efirə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, Ə. Əhmədov dünəndən başlayaraq “Space” telekanalında fəaliyyətə başlayıb. O, telekanalın Xəbərlər Departamenti rəhbərinin müavini vəzifəsinə təyin edilib. Jurnalistə televiziyada çalışmaq təklifi “Space” rəhbərliyindən gəlib.

Qeyd edək ki, Ə. Əhmədov uzun müddət ANS telekanalında iqtisadiyyat xəbərlərinin aparıcısı olub.

Milli.Az