[ 12 Mart 2015 01:14 ]


Bakı-APA. ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaları uzadıb.

APA-nın məlumatına görə, Ağ Evin məlumatında belə deyilir.

 

“İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. Odur ki, 1995-ci il, 15 mart tarixli qərar qüvvədə qalmalıdır”, sənəddə qeyd olunur.   

 

Bundan əvvəl, Obama Konqresi İrana qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı təkliflərdən imtina etməyə çağırmışdı.