“Trabzonspor”un yarımmüdafiəçisi Mehmet Ekici UEFA-nın Avropa Liqası səhifəsində yer alıb.

ANS PRESS-in məlumatına görə, Mehmet Ekici son zamanlar göstərdiyi oyunu ilə diqqət mərkəzindədir.

Son oyunlarda mükəmməl çıxış edən futbolçu həm də möhtəşəm cərimə zərbələri yerinə yetirməklə gözəl performans sərgiləyir.

Ekicinin adının UEFA səhfəsinə düşməsi də yerinə yetirdiyi cərimə zərbəsi ilə bağlı olub. “Trabzonspor”un son qalib gəldiyi oyunda sərbəst vuruşdan qol vuraduqdan sonra Avropa Liqası səhifəsində “Ekici Sərbəst zərbə ustası” yazısı yerləşdirilib.
Mənbə
ANS PRESS