Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda keçiriləcək IV Beynəlxalq Muğam Festivalına həsr olunan silsilə tədbirlər davam edir.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetdə IV Beynəlxalq Muğam Festivalı ərəfəsində növbəti tədbir “Bayatı-Şiraz” dəsgahına həsr olunub. Universitetin müəllim və tələbələrinin, muğamsevərlərin iştirak etdikləri tədbirdə “Bayatı Şiraz” dəsgahı xalq artisti Simarə İmanova və tələbələrin ifasında səsləndirilib.