Bakı, 11 mart, AZƏRTAC
Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda yerləşən “Admiral” ticarət mərkəzində güclü yanğın olub.
Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 1 nəfər həlak olub, azı 13 nəfər yaralanıb.
Ticarət mərkəzindən 200 nəfər təxliyə edildikdən sonra binanın uçduğu qeyd edilir. Yanğının səbəbləri ilə bağlı dəqiq məlumat verilməsə də hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.