Biləsuvar, 11 mart, Mahir Babayev, AZƏRTAC
Birinci Avropa Oyunları və Novruz bayramı münasibətilə Biləsuvarda uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq birincilik keçirilir.
AZƏRTAC xəbər verir ki, Biləsuvar Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən 20 komanda iştirak edir.
Yarış haqqında məlumat verən rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov qeyd edib ki, birincilik uğrunda üç gün ərzində 450-dən çox idmançı mübarizə aparacaq.
Çıxışlardan sonra yarışlara start verilib.