Elə bir qadın yoxdur ki, yetkin yaşında Şeron Stoun kimi görünməyi arzulamasın. “Basic İnstinct” filmindəki rolu ilə tanınan sarışın gözəl 57 yaşını qeyd etsə də, hələ də ən seksual aktrisa olaraq qalır.

Lent.az glamour.ru-ya istinadən Şeron Stounun müsahibəsindən maraqlı açıqlamalarını  təqdim edir.

 

- İnsanlar gün ərzində orta hesabla hər 20 saniyədən bir seks barədə düşünür. Və bu, normaldır, çünki seks yoxdursa, biz də mövcud olmazdıq.

“Basic İnstinct” filmi ekranlara gəldikdən sonra insanlar məni manyak, divanə qadın roluma görə deyil, ayağımı ayağımın üstünə qoyub seksuallığımı göstərdiyim səhnəyə görə yadda saxladı. Məsələ güclü qadını oynamağımda yox, əslində seksuallığını dərk edən bir qadını oynamağımda idi.

 

“Hollivudun bir parçası olduğum üçün qürur duyuram”

 

- Kino aləmi daha nəcib və intellektualdır, nəinki siyasət aləmi.

Bizim dünyanın adamları  keyfiyyətli məhsul göstərməyə çalışır,  həm də karyerasına zərər vursa belə, doğrunu söyləməkdən də çəkinmirlər.

 

“Yaşını gizlədən xanım olmaq istəmərəm”

 

- Əksinə, öz yaşımı qəbul etmək istəyirəm. Yadımdadır, 40 yaşım olanda bir şüşə içki ilə hamama girdim və özümə söz verdim ki, görünüşümü olduğu kimi bəyənib qəbul edənə qədər oradan çıxmayacağam.

 

 “Dünyada ayıb deyilən bir şey yoxdur”

 

- Buddist olandan sonra cəmiyyətdə ayıb deyilən bir şey olmadığını anladım. Bu, insanların manipulyasiyasından başqa şey deyil.

Nə vaxtsa Hamlet rolunu oynamaq istəmişəm. İndi hansısa rolu oynamaq deyil, daha peşəkar rejissorla çalışmaq  arzusundayam. Məsələn, Terry Gilliam və Roman Polanski kimi.