Yumurtalıqlarındakı şiş səbəbindən əməliyyat edilən müğənni Dəniz Səki xəstəxanadan çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenidən cəzaçəkmə müəssisəsinə qaytarılan sənətçinin vəziyyətinin yaxşı olduğu deyilir. Bu barədə D.Səkinin mətbuat katibi Özgür Aras məlumat verib.

Qeyd edək ki, Dəniz Səki narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum olunub.