[ 11 Mart 2015 14:39 ]



Bakı. Fərid Mirzəyev – APA. Şəlalə Hümmətlinin “Yusif Vəzir Çəmənzəminlinin ədəbi-tənqidi görüşləri” adlı monoqrafiyası çap olunub. 

 

AMEA Əlyazmalar İnstitutundan APA-ya verilən məlumata görə, kitabda görkəmli yazıçının ədəbi-tənqidi görüşləri ilk dəfə geniş və sistemli şəkildə araşdırılıb.

 

Nəşrin elmi redaktorları filologiya üzrə elmlər doktorları Tofiq Hüseynov və Paşa Kərimovdur.