Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən yerli turizm şirkətləri Novruz bayramı ilə əlaqədar regionlara xüsusi turlar hazırlayıblar. Nazirlik rəsmisinin sözlərinə görə, turistlərə 2-3 günlük turlar da təklif edilir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, dünya bazarında, xüsusilə Avropada baş verən iqtisadi böhranla əlaqədar Azərbaycanda daxili turizmin ümumi çəkisi bir qədər artıb və insanlar Azərbaycanın turizm məkanlarına getməyə daha çox üstünlük verməyə başlayıblar:
"Artıq bu dəyişiklik turizm şirkətlərinin fəaliyyətində də hiss olunur. Avropadakı müəyyən iqtisadi durumla əlaqədar turizm paketlərinin də qiymətlərin artımına səbəb olub. Bütün bu səbəblər Azərbaycandan Avropaya getmək istəyənlərin sayını azaldıb. Əvəzində isə regionlarda dincəlmək istəyənlərin sayı artıb. Məsələn, artıq Qəbələdəki otellərdə bayram günləri üçün yerlərin hamısı bronlaşdırılıb”.
Milli.Az