TRT Radiosu yeni layihəsi ilə Ginesin Rekordlar kitabına düşməyi planlaşdırır. ANS PRESS-in məlumatına görə, ‘’Dünyanın Ən Radio‘’ adlı proqram TRT vasitəsilə dünyaya yayımlanacaq.

Türkiyənin ən geniş radio yayım şəbəkəsinə malik olan radio Ginnesin Rekordlar kitabına namizəd ola biləcək proqram həyata keçirməyi planlaşdırır. ‘’Düyanın Ən Radio‘’ programı 19 Mart 2015 tarixindən etibarən Azərbaycan, Almaniya və Bosniya Herseqovinadan yayımlanacaq. Bu yayımlar üçün məşhur simalar Bakıda toplanacaq.

Proqramın Bakıda keçiriləcək qalasına tanınmış simalardan Bayj və Erkan Yavaş dəvətlidirlər. Bu program TRT və İTV-nin ortaq layihəsi olaraq reallaşacaq. Bu layihəyə Türkiyə Radio yayımcılığının 88 illik yubileyində TRT Baş Direktoru Şenol Göka və TRT Radio Yayımlarının Sədri Amber Türkmen rəhbərliyi ilə imza atılıb.

Proqram TRT FM –dən həftənin cümə axşamları Bakı saatı ilə 21.00- 23.00 arası Ankara, İstanbul və İzmir studiyalarından 3 nöqtədən tək proqram tərtibatçısı ilə canlı bağlantılarla dinləyicilərin qonağı olacaq.

19 Mart 2015 tarixində isə 3 fərqli ölkə Azərbaycan, Almaniya və Bosniya Herseqovinadan yayım həyata keçiriləcək. Yayım hazırlıqları Dünyanın 3 qitəsi Amerika, Avstraliya və Asiya eləcədə Sakit, Atlantik, Hind okeanlarından həyata keçirilməsi nəzərdə tutulur.

Məqsəd bu yeniliklərin Ginnes Rekordlar kitabına düşməsidir.


Mənbə
ANS PRESS